Yaxşı ki, ürəyin istədiyi qədər efirini və VİDA KONSERTİNİ təşkil edənlər tapıldı
Yaxşı ki, ürəyin istədiyi qədər efirini və VİDA KONSERTİNİ təşkil edənlər tapıldı
07.01.2024 Jalə Mütəllimova Tərəfindən

Əslində hamı heç kimdir. Yaradan var, o verir, o alır. Üsyanımız olmamalı. Amma adamlar da var nemətdir. Verir, qədşrini bilmirik, ya da gec bilirik, onda da alır. XALQ ARTİSTİ olan bu ağır həyatlı qadın, məhz o nemət idi. Qədribi gec bilinən və əlimizdən alınan TƏAM...

...VƏ...

... Dünyaya ana bətnindən gəlirik. Bir ağ örtüyə bükülürük. Sonra ağlayırıq, nəfəs gəlir, tuh gəlir cabımıza. Gülümsəyirik, cizgilər yaradılır üzümüzdə. Qığıldayırıq dil və söz, səs verilir bizə. Acırıq qida gəlir. Beləcə böyüyürük, əlimizə, qolumuza güc gəlir, ruh, xarakter verilir bizə, ad verilir ki, kimin çağırıldığı anlaşılsın. Sonra təhsil, sonra şəxsiyyət verilir. Sonra böyüyüb kimsə oluruq. Ev verilir, ailə nəsib olur. Oğul, uşaq, nəvə, nəticə. Xeyir, şər, həyatın sınaqları verilir. Bəzən keçirik, bəzən yox. Onda da günahlar, savablar qazanırıq. Bəzən yolunu azanlar nəfsinə, tutduğu posta qulu olara çevrilirik. Beləcə heç kim olduğumuzu unuduruq. İnsanlara ədalətsiz, haqsız oluruq. Dünya sərvətini yığdıqca yığırıq. Anlamırıq ki, bir gün son var. Və o sonda, sənə qalan bir rəhmətdir, bir də ardınca gözdən yaş axıdacaq qazandığın insanlar. O da varsa. Çünki o son gələndə sənə verilən hər şey geri alınır. Adın belə. Bir din adamı cənazən önündə duru və deyir ki, qaldırın mərhumu dəfn məqamıdır. Beləcə, ana bətnindən dünyaya gəldiyin kimi, yenə də səni, dilsiz, hərəkətsiz, səssiz, bir parça ağa bələyib gəldiyin kimi heç nəsiz yola saçırlar, ana torpağın qucağına. Anandan gəlib, anana gediraəb ey bəni adəm. Sərvətin, vəzifən, mənimdir dediyin hər şey sənin deyil.

...Və...bəllkə indi, lap elə bu kiçik yazıda anla, anla və sadəcə İNSAN ol! Tutduğun postda da, gördüyün işdə də kimsənin haqqına girmə! Əsla girmə! Girmə ki, sənə, mənə, bizə aid NEMƏT ADANLARI almaqla cəzalandırmasın yaradan bizi. Artıq o qədər azlırlar ki, mən, yaxşı insanların ölə bilər deyə, eləcə, soyuqlamasından qorxuram.

...Və ayrıca, yaxşı ki, ürəyin istədiyi qədər efirini və VİDA KONSERTİNİ təşkil edənlər tapıldı, keşkə bu qədər gecə qalmasaydılar...

Jalə Mütəllimova

visiontv.az