Qlobal istiləşmənin əsas səbəbi nədir?
21.12.2024

Qlobal istiləşmənin son dövrlərdəki şok edici artımının səbəbləri hələ də naməlum qalır. Alimlər bu qeyri-adi istiləşmənin əsasən istixana qazlarının yanmasından qaynaqlandığını düşünürlər. Bununla yanaşı, təbii iqlim dəyişkənliyi də temperatur dalğalanmalarına təsir göstərə bilər.

Son iki ildə temperatur rekord səviyyələrə çatıb.

BAKU.WS trthaber-ə istinadən xəbər verir ki, NASA Goddard Kosmik Tədqiqatlar İnstitutunun direktoru Gavin Schmidt hələ də bu temperatur artımının səbəbini tam olaraq başa düşmədiklərini qeyd edib.

Qalıq yanacaqların yanması nəticəsində atmosferə buraxılan karbon qazı Yer səthinin yaxınlığında istiliyi saxlayır. 2023-cü ildə rekord səviyyəyə çatan emissiyalar, dəniz səthi və havanın temperaturunun da artmasına səbəb olub. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü ilin iyunundan 2024-cü ilin sentyabrına qədər qlobal temperatur rekord səviyyəyə çatıb.

2023-cü il, nadir La Nina hadisəsindən sonra, El Nino-nun təsiri ilə yüksək temperaturlar görüb. Bununla yanaşı, alimlər yeni nəzəriyyələr irəli sürürlər. Bəzi alimlər 2020-ci ildə dəniz yanacaqlarına keçidin buludların günəş işığını əks etdirmə qabiliyyətini azaltdığını və istiləşməni sürətləndirdiyini düşünürlər.

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun eksperti Yohan Rockstrom okeanların sürətlə istiləşdiyini və bunun tam izah edilmədiyini bildirərək planetin dayanıqlığını itirməyə başladığından narahatdır.

BAKU.WS