Rusiya prezidenti Vladimir Putin Bəşar Əsəd rejiminin süqutundan sonra il açıqlamasında bildirib ki, Moskva İranın 4 min hərbi qüvvəsini Suriyadan çıxarıb.
Onun sözlərinə görə, “Əsədin devrilməsi Rusiyanın məğlubiyyəti demək deyil”.
“Rusiya Tehranın istəyi ilə 4000 İran hərbçisini Suriyadan təxliyə edib. İranlılar daha öncə bizdən öz qüvvələrini Suriyaya köçürməkdə köməklik göstərməyimizi xahiş ediblər, bu dəfə isə onları ordan çıxarmağımızı istəyiblər”, - deyə, Putin vurğulayıb.
visiontv.az