GADTB xəbər verir ki, Təbriz Texniki və Peşə Kollecinin tələbəsi Ehsan Fəridinin həbsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, o, hələ də Təbrizin mərkəzi zindanında tutulur.
Məlumata görə, dekabrın 11-də Təbriz İnqilab Məhkəməsində ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə iclası keçirilib.
Gənc fəalın ailəsinə yaxın mənbənin sözlərinə görə, o, məhkəmə iclası prosesində ona atılan ittihamlara qarşı özünü müdafiə edib.
visiontv.az