XİN: Bakı və İrəvan Rusiya vətəndaşlarının İrandan təxliyəsinə əhəmiyyətli dəstək verib
15.04.2026

Rusiyanın vətəndaşlarının İrandan təxliyəsində Ermənistan və Azərbaycan əhəmiyyətli yardım göstərib.

Bunu TASS-a müsahibəsində  Rusiyanın  Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru  Aleksey Klimov bildirib.

Diplomat qeyd edib ki, Bakı Rusiya vətəndaşlarına 2020-ci ildən fərdi keçid üçün bağlı olan “Astara” sərhəd-keçid məntəqəsindən istifadə imkanı yaradıb.

Bu imkan Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında təmin olunub.

visiontv.az