KİV: Tramp İranla müharibənin bitməsi üçün daha çox kompromisə hazırdır
17.04.2026

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmasını ciddi şəkildə istəyir və buna nail olmaq üçün daha çox güzəştə getməyə hazırdır.

Bu barədə “Politico” nəşri yüksək rütbəli bir məndəyə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın İsrail və Livan arasında müvəqqəti atəşkəs elan etməsi  Vaşinqtonun son günlərdə mövqeyində dəyişiklik olduğunu göstərir. O, həmçinin İsrailin Baş naziri  Benyamin Netanyahu və Livan Prezidenti  Josef  Aounu  Ağ Evdə qəbul etməyi təklif edib.

Bundan əvvəl Tramp İsrailin  Livanda “Hizbullah”a qarşı əməliyyatlarını İranla bağlı razılaşmadan ayrı məsələ kimi qiymətləndirsə də, hazırda Netanyahuya bombardmanları dayandırmaq üçün təzyiq göstərməsi İran üçün əsas maneələrdən birini aradan qaldırıb.

Pakistanın paytaxtında keçirilən son danışıqlar nəticəsiz qaldıqdan sonra, daxildə artan qiymətlər və azalan reytinqlər fonunda Trampın Tehranın bəzi tələblərinə daha açıq yanaşa biləcəyi qeyd olunur.

visiontv.az