İranın ali rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili Tehranda repressiv qüvvələrlə görüşüb. Bununla bağlı, SEPAH-a bağlı “Tasnim News” agentliyi görüntülər paylaşıb.
Görüntülərdə Səid Cəlilinin kütləvi etirazların amansız şəkildə yatırılmasında əsas rol oynayan “xüsusi qüvvələr”i təqdir etdiyi və onlara təşəkkür etdiyi açıq şəkildə görünür.
Məsələ ilə bağlı iranlı jurnalist və siyasi analitik Behnam Qulipur sosial media hesabında yazıb ki, beynəlxalq ictimaiyyət İranda 16 mindən çox insanın ö*dürülməsinə görə məsuliyyət tələb etdiyi bir vaxtda, Xameneyinin nümayəndəsi repressiv hökumət qüvvələrinə baş çəkərək onların “cəsarətini” tərifləyir.
Qulipurun fikrincə, İran rejimi artıq törətdiyi c/nayətləri gizlətməyə belə ehtiyac duymur və qətlləri açıq şəkildə qeyd edir.
visiontv.az
“Müctəba Xameneyinin Londondakı mülkü İsrail diplomatlarını izləmək üçün istifadə olunur”