Əmir İbrahimli, Əli Vəlizadə, Suheil Deyri, Milad Muxtari, Hüseyn Əlizadə və Tahir Qeybi girov vərəqi verildikdən sonra Urmu Mərkəzi Həbsxanasından azad edilib.
Bu fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” ittihamı irəli sürülüb.
Qərbi Azərbaycan vilayətinin polis komandiri Rəhim Cahanbəxş martın 22-də Urmu xalqının antiterror eyləmi ilə bağlı 22 nəfərin həbs olunduğunu təsdiq edərək, onları “separatçılıq” və “nifrət yaymaq”da ittiham edib.
Qeyd edək ki, kürd terror qruplaşmalarının keçirdiyi mitinqlərdə qondarma Kürdüstan bayrağı açılsa da və separatçı şüarlar səsləndirilsə də onlardan heç kəs həbs edilməyib.
visiontv.az