Güney Azərbaycanın mədənlərini talayanlar sırasına Ermənistan da əlavə edilib
01.04.2025

Güney Azərbaycanın mədənləri illərdir İran, Çin, Rusiya tərəfindən talan edilirdisə, indi bu siyahıya Ermənistan da qoşulub.

Günaz TV məlumatlı mənbələrə istinadən xəbər verir ki, Güney Azərbaycanın mədənlərindəki faydalı qazıntılar Ermənistan sərhədinə yaxın yerdə saxlanılır. Onlar daha sonra yükləyicilərlə erməni yük maşınlarına yüklənir və Norduz sərhədindən Ermənistana aparılır.

Göndərilən görüntülər və videolardan görünür ki, əksəriyyəti “Kamaz” olmaqla onlarla erməni yük maşını bu yerdən faydalı qazıntıları Ermənistana aparır.

Xatırladaq ki, İranın anti-türk rejimi Ermənistanın əsas dəstəkçilərindən biridir və üç onillik boyunca Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Qarabağ müsəlman məscidlərinin tövləyə çevrilməsi, bir milyondan çox müsəlmanın Qarabağdan didərgin salınması zamanı Ermənistana qarşı heç bir addım atmamaış, əksinə Birinci Qarabağ müharibəsi və Qarabağ Azadlıq müharibəsi zamanı da ermənilərin tərəfini tutmuşdur.

İran hazırda nifaq salmaqla, fitnə-fəsad yaratmaqla, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına, Zəngəzur dəhlizinin yenidən açılmasına mane olmağa çalışır.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8