Bu barədə İsrailin "Kanal 11" televizyası məlumat yayıb.
"Oman İranın Donald Trampın məktubuna cavabını da Vaşingtona çatdırıb, ancaq bu Omanın vasitəçi kimi ifa etdiyi yeganə rol deyil",- məlumatda bildirilib.
Xatırladaq ki, bundan əvvəl 2015-ci ildə İran-Amerika arasında baş tutan danışıqlarda da Oman vasitəçilik edib.
Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçi Donald Trampın yazdığı məktubu "danışıqlar üçün açılan pəncərə" adlandırıb.
Bununla eyni vaxtda İran rəsmiləri əvvəlki mövqelərindən geri çəkilərək, Amerika ilə dolayı danışıqlara razı olduqlarını bildiriblər.
visiontv.az