Fəlsəfə ilə tanışılıq alimlərin və elm yolunu seçənlərin işi idi.
Füzuli belə fəlsəfə yazır, amma bu yazdığı oxuduğları ilə özü arasındakı məsələnin müəyyən olunmasıdır.
Onlar fəlsəfə ilə məsələlərini həll etmişdilər, belə bir dərdləri yox idi.
Avropa yenidən fəlsəfəyə qayıtdı və fəlsəfə üçün yeni dil inşa etdi. Elmin fəlsəfə ilə yolu yeni təkliflə ayrıldı.
Bu başqa bir mövzudur, biz bu prosesə necə qoşulduq sualıdır, məsələm.
Axundovla başlayan komediya səhnəsinə bir də Axundovçu fəlsəfə müdaxilə edir. Axundov fəlsəfənin məsələlərini anlamadan, oxuduğları ilə yaşananların müqayisəsini tanıtmağa çalışır. İran dekabristliyinə iddialıdır.
"Fəlsəfə"nin Bakıya tam olaraq girişi 1945 dən sonradır. Tarixin içində bir bölüm olaraq gənclərə marksizim-leninizm fəlsəfəsinin əsaslarını öyrətmək məqsədi ilə gəlir. Heydər Hüseynov isə marksizm-leninizmin əsasları üzərində yazıb oxuya bilən tək nümünə,
"Fəlsəfə"nin daşıyıcı atomu isə Aleksandr Makovelskidir.
Makovelskinin fəlsəfədəki məsələsi də Sokrata qədərki atomistlərdir. Makovelskinin yanında formalaşanlar isə sonradan Akademiya və fəlsəfə kafedralarının içində təbliğat və təşviqat üçün fəlsəfə yazanlar olacaqdılar.
Böyük əksəriyyəti Akademik olmuş bu insanlardan miras qalan o zamanlar milyon tirajlarla buraxılan kitablar indi ancaq makulatura dəyərindədir.
Bu akademikləşən fəlsəfəçilərin əsas dərdi isə sosializm, fəhlə, kəndli, ictimai, kapitalist, din, qalıqlar və dindir. Yeni insanın formalaşması üçün bu mövzuları əsas alıb, yazanların qarşısında isə Əlyazmalar İnstitutu və Şərqşünaslığ fakültəsi kimi mənbələrlə işləyən İrandan mühacir olaraq Sovetlərə sığınmış fərqli gənclərdir.
Bu gənclərin tarix və fəlsəfə dərdi ideologinin onlara açdığı yollarla "xidmət"in dərəcəsinə görə müəyyən olunardı.
Moskva Unversitetlərindən isə Bakıya fəlsəfə oxuyanlar içindən bir tək Asif Əfəndiyev gəldi ki, oxuduğu Hegelin təsirindən çıxa bilməyib, azərbaycanlaşdırılan Hegel ola bilməyib, Asif Ata kimi divanə mütləqçiyə döndü.
Bu gün Azərbaycan coğrafiya və kimlik olaraq dünyanın parçası olsa da, ölkədə əskik olan "fəlsəfə və dil" hələ də 1945 ci ildən sonra formalaşan atomçuların qəlpələridirlər.
Tərcümlər, kitablar, videolar, yazılar çoxluğunda "çoxbilmişlik"dən çıxış axtarmaq cəhdi əbəsdir.
"Çoxbilmişlik" atomçu yunanlardan sonra gələn "sofist"likdir. "Sofist" hər şey sözdə və dildə həll edə bilərəmlə çox yaşamadılar,
Fəlsəfə onları bitirdi.
Makovelskinin atomçuluqu ilə başlayan və sofistləşən düşüncəni fəlsəfə ilə xilas edə bilərikmi?
Bu zamanın məsələsi deyildir, bizim məsələmizdir.
"Cavaba dönən ömür" fəlsəfənin başlanması deməkdir.
Fəlsəfə suallar çoxluğundan çıxan tək cavabların yaşanmasıdır.
O tək cavablar olmadığca birlik olmayacaq.
Cavab olan ömürlər, sovetlərin sütünü sayılan Firudin Köçərli, Əddun Şakirzadə, Məqsəd Səttərov, Zakir Məmmədovdan nə fəlsəfə, nə də hikmət qaldı, Makovelskidən isə muras qalan "fəlsəfə tarixi" hələ də yaşayır.
Fəlsəfəni "fəlsəfə tarixi" olaraq oxuyan "çoxbilmişlər" isə hər yerdə fəlsəfə adına Makovelskinin dərslərini danışırlar.
Bu da keçər.
İdris Heydərli
visiontv.az