Türkiyəyə dostluq mesajı: Din deyil, dövlətçilik ön planda olmalıdır
23.10.2026

Son günlər Türkiyədə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz aksiyaları keçirilir. Bəzi dini-siyasi qruplar Azərbaycan rəhbərliyi əleyhinə sərt şüarlar səsləndirir, hətta xilafət çağırışları edirlər.

Bəs Azərbaycanda Türkiyənin Bakıdakı səfirliyi, Gəncə və Naxçıvandakı konsulluqları qarşısında niyə analoji dinc etirazlar keçirilməsin? Məqsəd Türkiyə xalqına qarşı çıxmaq deyil, Ankaraya aydın bir mesaj vermək olmalıdır: Azərbaycanla münasibətlər dini-siyasi qrupların təzyiqi ilə deyil, qarşılıqlı suverenlik və dövlətçilik prinsipləri ilə qurulmalıdır.

Türkiyə mətbuatında səslənən bir fikir bu ziddiyyəti yaxşı ifadə edir: Bakı hadisələrə milli dövlət maraqları prizmasından, Ankara isə bəzi məsələlərdə daha çox İslam həmrəyliyi prizmasından yanaşır.

Türkiyəni dini-siyasi çevrələrin təsirindən uzaq, dünyəvi dövlətçilik ənənələrinə və qarşılıqlı hörmətə əsaslanan münasibətləri gücləndirməyə çağırmaq iki qardaş xalqa qarşı çıxmaq deyil, onların dostluğunu qorumaq istəyidir.

Elbəyi Həsənli

visiontv.az