Türkiyə istehsalı olan “Hisar-A” hava hücumundan müdafiə sistemləri real döyüşdə sınaqdan çıxdı
10.06.2026

Sudan ordusu Omdurmanın şimal-qərbində BƏƏ tərəfindən dəstəklənən Çevik Dəstək Qüvvələrinin (RSF) kamikadze və strateji pilotsuz uçuş aparatlarının (PUA) hücumunun qarşısını almaq üçün Türkiyə istehsalı olan “Hisar-A” hava hücumundan müdafiə sistemlərindən istifadə edib.

Uğurlu önləmə əməliyyatından sonra raketlərin qalıqları əraziyə düşüb. Məlumata görə, Sudan Silahlı Qüvvələri ölkənin şimal-qərb bölgəsində yerləşən Omdurman şəhəri istiqamətində gələn təhlükəni vaxtında aşkarlayaraq zərərsizləşdirib.

Qarşıdurmalarda geniş istifadə olunan və BƏƏ tərəfindən idarə olunduğu bildirilən intensiv PUA hücumu “Hisar-A” sistemlərinin dəqiq zərbələri ilə dəf edilib.

Havada məhv edilən hədəflərin qalıqları koordinasiya olunmuş müdafiə xəttinin uğurlu fəaliyyətini növbəti dəfə təsdiqləyib.

Bu əməliyyat bölgədəki hərbi balans və texnoloji üstünlük baxımından mühüm amil hesab olunur.

visiontv.az