Türkiyənin “Baykar” şirkəti 19 noyabr 2026-cı ildə qəbul sınaqlarını tamamlayan ilk üç Bayraktar Kızılelma pilotsuz reaktiv qırıcısını ölkənin təhlükəsizlik qüvvələrinə təhvil verib. İlk prototip 2022-ci ilin dekabrında havaya qalxmışdı. Şirkətin məlumatına görə, təhvilədək proqram çərçivəsində ümumilikdə 600 sınaq və təlim uçuşu keçirilib.
“Qızılalma”nın Türkiyə üçün əsas yeniliyi hava döyüşü üçün də nəzərdə tutulmasıdır. Bortunda pilot olmayan bu təyyarə həm hava, həm də yerüstü hədəflərə qarşı tapşırıqlar üçün hazırlanıb. Janesin məlumatına görə, “Qızılalma” üç saatdan çox havada qala bilir, maksimal sürəti səs sürətinin 90 faizinə çatır və 1,5 tonadək faydalı yük daşıyır.
Türkiyə ABŞ və Çini hansı mənada qabaqlayıb? “Baykar”ın “dünyada ilk” açıqlaması məhz pilotsuz reaktiv qırıcının rəsmən hərbi xidmətə qəbuluna aiddir. Britaniyanın aviasiya nəşri Aerospace Global News da Türkiyəni bu mərhələyə ilk çatan ölkə kimi təqdim edir. Janes isə üç təyyarənin təhvilini xəbər verir və dünya birinciliyi barədə qiymətləndirməni “Baykar”a aid edir. Bu mənbələrin dəstəklədiyi nəticə budur ki, Türkiyə öz istehsalı olan pilotsuz reaktiv qırıcını sınaq meydanından hərbi xidmətə keçirib.
Türkiyənin müdafiə naziri Yaşar Gülər noyabrın 18-də parlamentdə bildirib ki, 2030-cu ilin sonunadək Hərbi Hava Qüvvələrinə 20 ədəd KAAN pilotlu qırıcısının verilməsi nəzərdə tutulur. “Qızılalma” artıq döyüşə hazırdır. KAAN da tezliklə göylərdə süzəcək. Davamı da gəlir…
Elbəyi Həsənli
visiontv.az