"Trampın siyasəti xülyadır"
21.04.2026

İranın vitse-prezidenti Məhəmmədrza Arif "X" hesabında yazıb: "Trampın siyasəti illüziya və ziddiyyətli ritorikanın qarışığıdır və onun tvitləri heç bir əhəmiyyət kəsb etmir.

Lakin bizim cavabımız sözdə deyil, "meydanın əzəmətində"dir. İddia edilən dəniz blokadasının qırılması və eyni dövrdə neft ixracının iki-üç dəfə artması İranın yekun qələbəsinin əlamətləridir. Bu millətin nüfuzu xəyallarla ləkələnməyəcək".

visiontv.az