İran prezidenti Məsud Pezeşkian Avstraliyadan sığınacaq istəyən iki iranlı qadın futbolçunu “aldadılmış” adlandıraraq onların İrana qayıtmalarını istəyib. O, bu barədə İdman və Gənclər Nazirliyindəki çıxışında danışıb.
Pezeşkian bildirib ki, geri qayıdacaqları təqdirdə həmin futbolçular “İranın açıq qucağı” ilə qarşılanacaqlar. Prezident vurğulayıb ki, “hamımız bu torpaqdan və sudan olan iranlıyıq” və ölkənin bölünməsinə, zəifləməsinə yol verilməməlidir.
Məlumatda qeyd olunur ki, Avstraliya hökuməti əvvəlcə İranın qadınlar üzrə futbol komandasının altı oyunçusuna və bir əməkdaşına humanitar viza verib. Daha sonra, İran Baş Prokurorluğu onların ailələrinə təzyiq ehtimalı ilə bağlı xəbərdarlıq edərək, futbolçuların ölkəyə qayıtmasını tələb edib.
Bu çağırışlardan sonra qrupun beş üzvü İrana qayıdıb. Avstraliyada isə yalnız Fatimə Pəsəndidə və Atifə Ramazanzadə qalıb.
visiontv.az