Qərbi Azərbaycan əyalətində dövlət məmurlarına şallaq vurulacaq
01.04.2025

Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində həbs edilən Şəhər Şurasının 9 üzvü barədə həm də şallaq cəzası çıxarılıb.

Bu barədə əyalətin baş hakimi Nasir Ətəbati məlumat verib.

Adları açıqlanmayan məhkumların "korrupsiya və vəzifə səlahiyyətlərindən su-istifadə etmək"də günahlandırıldıqları bildirilib.

Həmin şəxslərin eyni halda maddi cəzaya məhkum edilblər və həbsdən sonra dövlət işində işləmələrinə qadağa qoyulub.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Təşkilatın 2024-cü il hesabatına görə, Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8