Tokayev Azərbaycan-Ermənistan danışıqları üçün Almatı platformasını təmin etməyə hazır olduqlarını təsdiqləyib
15.10.2024

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Qazaxıstan lideri bu barədə danışıqlar zamanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyana deyib.

Prezidentlər ticari-iqtisadi, nəqliyyat-logistika, aqrar, maliyyə, mədəni-humanitar sahələrdə, eləcə də rəqəmsallaşma sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qazaxıstan və Ermənistan dövlət başçıları regional və beynəlxalq gündəliyin aktual məsələlərinə də toxunublar.