Sistan-Bəlucistanda atışma: bir polis ölüb, üçü yaralanıb
30.04.2026

Dövlət mediasının yaydığı məlumata görə, Sistan-Bəlucistanda yerləşən Zahidan şəhərində silahlı hücumçular polis patruluna atəş açıb, nəticədə bir polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

Sistan-Bəluçistan əyalətinin polisi bildirib ki, patrul ərazidə təhlükəsizliyi təmin edərkən atəşə tutulub. Həlak olan polis əməkdaşının Məhəmmədrza Nizamdust olduğu açıqlanıb.

Rəsmilər hücumu törədənlərin saxlanılması istiqamətində tədbirlərin görüldüyünü bildiriblər.

visiontv.az