SEPAH terrorçu təşkilat kimi tanınsın- Hüquq müdafiəçiləri
29.04.2026

İnqilab Keşikçiləri 40 ildən çoxdur ki, İranda kütləvi həbslər, işgəncələr və edamlarla məşğuldur və onların fəaliyyəti xaricə, o cümlədən Böyük Britaniyaya da yayılıb.

İnsan haqları müdafiəçilərinin yaydığı bəyanatda yazılıb.

Bəyanat müəllifləri, Britaniyanın İnqilab Keşikçiləri Korpusununu hələ də terror təşkilatı kimi tanımayan yeganə Avropa ölkəsi olduğuna diqqət çəkib və artan təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla, bu məsələyə təcili diqqət yetirilməli olduğunu bildiriblər.

Bəyanatda Britaniya təhlükəsizlik orqanları tərəfindən İran ilə əlaqəli olan və müxalifətin və dövlət qurumlarının təhlükəsizliyini təhdid edə biləcək bir neçə sui-qəsdin müəyyən edilməsinı xatırladılıb.

Hüquq müdafiəçiləri 2000-ci il Terrorizm Qanununa əsasən SEPAH-ın dərhal terror təşkilatı kimi tanınmasını, onunla əlaqəli aktivlərin dondurulmasını və əlaqəli qurumların bağlanmasını tələb ediblər. 

visiontv.az