Tehranda səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, İran XİN rəhbəri Abbas Araqçi Şahin Mustafayevlə görüşüb.
Hələlik görüşdə müzakirə edilən məsələlər açıqlanmayıb.