Rusiya Koçaryanı seçkiləri pozmaq üçün meydana gətirib
Rusiya Koçaryanı seçkiləri pozmaq üçün meydana gətirib
13.10.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanın Sabiq prezidenti R. Koçaryan 2026-ci il parlament seçkilərində baş nazir N. Paşinyana rəqib olacağını elan edib.

R. Koçaryan keçən ay Moskvaya səfərindən sonra, namizədliyini qətiləşdirərək, mətbuat konfransı keçirdi. O, mətbuat konfransında N. Paşinyanı sərt tənqid edərək, Rusiya və İrana reveranslar etməklə, yenidən anti-Azərbaycan ritorikasına üstünlük verdi.

Qeyd edim ki, R. Koçaryanın anti-Azərbaycan ritorikası erməni cəmiyyətində müharibə kimi başa düşülür. Ona görə də bu mətbuat konfransı ilə R. Koçaryana erməni xalqının nəzərində sülh tərəfdarı deyil, müharibə tərəfdarı kimi qəbul edildi. R. Koçaryanın mətbuat konfransı onun siyasi fiaskosu idi.

R. Koçaryan ötən ay Kremldə Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə keçirdiyi görüşdən ilhamlanaraq indidən qələbə eyforiyasına qapılıb. Arrtıq qərarlar Kremldə deyil, Ermənistanın Respublika meydanında verilir.

Rusiyanın sabiq prezident R. Koçaryana siyasi dəstək verməsi, Kremlin namizəd məsələsində problemlərlə qarşılaşmasıdır. Kreml Ermənistanda Gürcüstan ssenarisini tətbiq etməyə çalışırdı. Amma, N. Paşinyan Rusiyanın Ermənistana göndərdiyi "TAŞİR" şirkətlər qrupunun prezidenti, milyarder S. Karapetyanı həbs etdi.

Təbii ki, R. Koçaryanın N. Paşinyana qalib gəlmək şansı yoxdur. Rusiya Ermənistanda "B" variantını tətbiq edə bilər. Ölkədə silahlı təxribatlara rəvac versin. Belə silahlı təxribatların idarə edilməsində R. Koçaryan Rusiya üçün əvəzsizdir. Məhz R. Koçaryanı Rusiya Ermənistanda seçkilərdə silahlı təxribatlara rəhbərlik etmək üçün gətirməsi istisna deyil.

Ermənistan baş naziri Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi, ABŞ dəhlizə nəzarət etməsi, Kremli narahat edən faktordu. Həmçinin Azərbaycan və Türkiyə ilə normallaşma Rusiyanın Cənubi Qafqazdan tam getməsi deməkdir. Ona görə də Rusiya R. Koçaryanı bu geosiyasi layihələrin qarşısını almaq üçün seçkilərdə ortaya atıb.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə Partiyası başqanın müavini

visiontv.az