Rumıniyanın Konstitusiya Məhkəməsi xaricdəki rumınlar üçün artıq ikinci turu başlayan prezident seçkilərinin tamamilə ləğv edilməsi və yeni seçkinin keçirilməsi barədə qərar verib.
Dekabrın 6-da verilən məhkəmə qərarı Rusiyanın seçkiyə təsiri ilə bağlı iddialar fonunda verilib. Belə ki, Rumıniya kəşfiyyat orqanları bu təsirin Moskvaya yaxın ifrat sağçı namizəd Kalin Georgeskunun birinci turda qalib gəlməsində töhfəsi olduğunu bildirib.
“Rumıniya prezidentinin seçilməsi üçün seçki prosesi tam şəkildə bərpa olunacaq, hökumət Rumıniyada prezident seçkisi üçün yeni tarix, eləcə də lazımi tədbirlərin görülməsi üçün yeni təqvim proqramı müəyyən edəcək", məhkəmə bildirib.
Məhkəmə qərarından sonra bütün namizədlərin yeni səsvermə üçün yenidən qeydiyyatdan keçməsinə icazə verib-verilməyəcəyi və ya Moskvanın onu dəstəkləməsinin üzə çıxmasından sonra Georgeskunun seçkilərdən kənarlaşdırıla bilib-bilməyəcəyi hələ də bəlli deyil.
Georgeskunun qələbəsi, Rumıniyanın Milli Müdafiə Şurasının məxfiliyini ləğv edən sənədlərin, TikTok-da onun xeyrinə Moskvanın təşkil etdiyi və Rumıniya hakimiyyətinin diqqətindən yayından kütləvi kiber kampaniyanı sübut etməsindən sonra bütün Qərbi şoka salıb.
Georgesku dekabrın 8-də Avropayönlü mərkəzçi namizəd Yelena Laskoni ilə ikinci turda mübarizə aparmalı idi.
Məhkəmənin elan etdiyi vaxtda böyük Rumıniya diasporasında səsvermə artıq başlamışdı və təxminən 33 000 nəfərin səs verdiyi bildirilir.
İkinci tur Rusiyanın minlərlə rumınının ölkənin Avro-Atlantik birlikdəki yerini dəstəkləmək üçün küçələrə çıxmasına səbəb olan müdaxiləsi ilə bağlı ittihamlar fonunda NATO və Aİ üzvünün gələcək kursu ilə bağlı referendum kimi qiymətləndirilib.
visiontv.az