Güney azərbaycanlı siyasi fəalların işi Apellyasiya Məhkəməsinə göndərilib
13.01.2025

Azərbaycanlı vəkil Sina Yusifi özünün X səhifəsində Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunan və uzunmüddətli həbs cəzasına məhkum edilmiş bir qrup azərbaycanlı siyasi fəalın işinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərildiyini bildirib.

"Bu fəallardan bəziləri bir ilə yaxındır ki, müvəqqəti həbsdədir. İnqilab Məhkəməsinin 15-ci şöbəsi birtərəfli qaydada və çoxsaylı etirazlara baxmayaraq, fəallardan 15-nə ümumilikdə 95 il həbs cəzası verib. Bu siyasi fəallara qarşı ittihamlar arasında sistemə və cəmiyyətə qarşı təbliğat, cinayət törətmək üçün əlbir olmaq kimi ittihamlar var və müttəhimlərdən bəziləri vəkil tutmaq və seçmək hüququndan məhrum edilib." - deyə Sina Yusifi öz sosial media hesabında yazıb.

Sina Yusifi azərbaycanlı fəalların adlarını və aldıqları həbs cəzalarını da açıqlayıb:
Hüseyn Piri: 5 il həbs,
Əbdüləziz Əzimi Qədim: 6 il həbs
Araz Aman: 13 il həbs
Bağır Hacızadə: 13 il həbs
Ayaz Seyfxah: 13 il həbs
Kəmal Nuri: 3 il həbs
Taher Nəqəvi: 6 il həbs
Salar Tahir əfşar: 5 il həbs
Vədud Əsədi: 4 il həbs
Murtəza Pərvin: 6 il həbs
Səid Minai: 5 il
Süleyman Məhəmmədi: 3 il
Fatimə Ataşi Xiyavi: 5 il həbs
Həsən İbrahimi Şiran: 3 il həbs
Kərəm Mərdni Məstəli Bəyli: 5 il həbs

visiontv.az