Bakıda evlərin qiyməti BAHALAŞIB
Videonu Aç
12.01.2025

Son dövrlərdə əmlak bazarında qiymət artımı müşahidə edilir. Mənzil sahibi olmaq üçün indi imkanlar biraz çətinləşib. Statistika göstərir ki, son bir il ərzində mənzil qiymətləri 18 faizə qədər artıb. Bu artım xüsusilə yeni tikililər və şəhərin mərkəzindəki mənzillərdə daha çox nəzərə çarpır.

BAKU.WS xəbər verir ki, əmlak ekspertləri bunun bir neçə səbəbdən yarandığını qeyd edirlər.

Bu barədə "Xəbərin olsun" verilişinə danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, artım daha çox ipotekaya yararlı evlərin qiymətində müşahidə edilir:

"Əmlak bazarında artımın səbəbi əsasən ipoteka şərtlərinin asanlaşdırılması və ipotekaya müraciətin çoxalmasıdır. Hazırda alıcıların 52 faizdən çoxu ipoteka ilə mənzil almağa üstünlük verir. Daha çox artım şəhərin mərkəzi hissələrində N.Nərimanov və Yasamal rayonunda müşahidə olunur. Bunlar da ipotekaya yararlı evlərdir".

Visiontv.az