Yunanların sənət icadı bu "boş söz"dən xilas olmaqdan ötrü idi, "Loqos"u təmsil edən kimdir və hansı vasitə ilə təmsil edir sualı Yunanları fəlsəfə, teatr, rəsm adı ilə sənətlər yaratmağa məcbur etdi.
Dərdim "boş söz"dür. Yunanlar bu "Boş söz"dən xilas olmaq üçün sözün iki şəklini müəyyən etdilər. "Diegisis" və "Mimesis". "Diegisis" sözü bir yerə bağlayandır, "mimesis" sözü təqlidlə təmsil edəndir. "Sözün bir yerə bağlanması" o sözün kimə aid olmasında müəmmalar üzə çıxardır və söyüş, yalan ordan çıxır, dedilər. Söyüşün və yalanın biryerdəliyi isə poliikanın düşmənidir fikiri isə məntiqə bağlanan "ritorika" yazdı Aristotel.
"Söyüş və yalan"la birgə "qarğış" da "diegisis"in məsələsidir.
Aristotel "Poetika"sında bu sözü istifadə etmədiyi üçün bilmirik, nə olduğunu ancaq Platonda tanıya bilirik.
Aristoteldə istifadə edilinən söz "mimesis"dır, yəni təmsil edən təqlid əsas alınıb.
"Ritorika" "boş söz"ün həyatdan xilas edilməsi üçün yazılmış kitabdır.
Bu əllaməçiliyi nədən edirəm, söyləyim,
Durduğumuz və yaşadığımız dünyanın əsası Yunanların "politika"sına əsaslanıb və qurulub. Aristotel "politika"nın nizamının pozulmaması üçün isə "ritorika" yazıb ki, Dildəki sözlər "boş sözlər"dən xilas olsun.
"Söyüş, yalan və qarğış" sözün çürüdüyü yerdir, təmsil edənlə təmsil edilənin arasındakı uçrümdür. Bu münasibətlərin içində "ağızla qulaq" arasında gözün döndüyü yerdə italyanlar "Momento mori" çığırarlar.
Dilimizdə tərcüməsi "Ölüm anı"dır.
Sənətlərin ölüm anını yaşadığımız dünyada hər şeydən öncə Dil "söyüş, yalan, qarğış"dan azad edilən "Ritorika"ya möhtacdır.
İdris Heydərli
visiontv.az