Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
22.10.2026

İran Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Qəzvin əyalətində daha 39 nəfəri həbs ediblər.

Bu haqda nazirliyin yaydığı bəyanatda bildirilib.

Onların yanvar ayında keçirilən etiraz aksiyaları zamanı Qəzvində yaşayış evlərinin, mağazaların, bankların və yanacaqdoldurma məntəqəsinin dağıdılmasında və yandırılmasında ittiham olunublar.

Bununla yanaşı həbs edilənlərdən 10-nun bir sıra təhlükəsizlik qüvvələrinin öldürülməsində iştirak etdiyini iddia edilib.

Saxlanılanlar həmçinin ABŞ və İsrail ilə əlaqələrdə günahlandırılıblar. Qəzvin Kəşfiyyat İdarəsi həmçinin bu şəxslərdən bir neçə odlu və soyuq silahlar, eləcə də spirtli içki aşkar edərək müsadirə etdiyini iddia edib.

visiontv.az