Putindən tələb olunan Əsədi Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir
Putindən tələb olunan Əsədi Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir
05.12.2024 Elxan Şahinoğlu Tərəfindən

Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb.

Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək. İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsi vacibliyini bildirib. Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürdüyü durumda deyil.

Elxan Şahinoğlu

visiontv.az