Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb
19.06.2026

ABŞ və İran arasında İsveçrədə baş tutması planlaşdırılan danışıqlar Məhərrəm ayı səbəbindən ləğv olunub.

Pakistan mediasının xəbərinə görə, bunu Pakistanın xarici işlər naziri İshaq Dar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqlar  Məhərrəm ayından sonra davam etdiriləcək, bununla yanaşı, müzakirələri irəli aparmaq üçün növbəti 60 gün ərzində səylər davam etdiriləcək.

İshaq  Dar Pakistanın gələcəkdə dəvət olunacağı istənilən iclasa və ya tədbirə qatılmağa hazır olduğunu vurğulayıb.

XİN rəhbəri İranın sabiq  Ali  Rəhbəri  Ayətullah  Seyid Əli Xameneinin vida mərasimində iştirak edəcəyini təsdiqləyib.

visiontv.az