"The New York Times" qəzetinin danışıqlarla tanış olan rəsmilərə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və faktiki rəhbəri bin Salman Trampa İrana qarşı sərt mövqe tutmağı və daha qətiyyətli hücumlar etməyi məsləhət görür.
Onların məlumatlarına görə, şahzadənin mövqeyi mahiyyət etibarilə mərhum Səudiyyə kralı Abdullah əl-Səudun Vaşinqtona əvvəllər verdiyi məsləhətləri əks etdirir.
2015-ci ildə vəfat etməzdən əvvəl o, dəfələrlə Amerika hakimiyyətini İrana qarşı qətiyyətli hərəkət etməyə çağırmış və "ilanın başını əzməyin" vacibliyini bildirmişdi.
visiontv.az