Müctəbanın ali dini rəhbər seçilməsi üçün 4 şəxs vasitəçilik edib
18.03.2026

"The New York Times" qəzetinin dərc etdiyi geniş təhqiqat materialı İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin seçilməsinin pərdəarxası məqamlarına işıq salıb. İddialara görə Müctəbanın ali dini rəhbər seçilməsi üçün 4 şəxs vasitəçilik edib.

Həmən şəxslər SEPAH - ın faktiki baş komandanı Əhməd Vahidi, SEPAH - ın keçmiş baş komandanı Məhəmməd Əli Cəfəri, SEPAH - ın kəşfiyyat rəhbəri Hüseyn Tayyib, SEPAH - ın keçmiş komandanı, parlamentin hazırkı sədri Məhəmməd Bagir Qalibafdır. Bu qrup ənənəvi mühafizəkar çevrəyə daxildir və İran siyasətinə təsir imkanları böyükdür. Onlar İranın Qərblə sərt xəttini müdafiə edirlər və islahatçı qanada müxalifdilər. Bundan əvvəl prezident Məsud Pezeşkian " güclü prezident - zəif ali rəhbər " modelini təklif edirdi. Həmən modelə görə əsas prezidentin olmalı, ali rəhbər isə formal hakimiyyətə malik olmalı idi. Analoji üsul 1989 - cu ildə İslam İnqilabının lideri Ruhulla Xomeyninin vəfatından sonra da tətbiq edilmişdi. O zaman prezident olan Əli Xamenei ali rəhbər olmaq bu üsula razılıq vermiş, nəticədə həmən il prezident seçilən Əli Əkbər Haşimi Rəfsəncani daha çox önə çıxırdı. Ancaq 1997 - ci ildə Məhəmməd Xatəminin prezident olmasından sonra Əli Xamenei yenidən hakimiyyətə öz əlinə almağı bacardı. SEPAH - ın Pezeşkian və komandası ilə razılığa gələ bilməməsinin səbəbi isə onların Qərblə danışıqlara daha çox meyl etməsidir. Məsud Pezeşkianın prezident seçildikdən dərhal sonra Həsən Ruhani dövründə Xarici İşlər naziri olmuş Məhəmməd Cavad Zərifi vitse - prezident təyin etməsi və onun SEPAH - ın təzyiqi ilə vəzifəsindən azad edilməsi faktı göstərir ki, prezidentlə bu qurumun arasında ciddi çaxnaşma var. Bu bu fakt bir daha həm də onu göstərir ki, İranı idarə edəcək komada məhz SEPAH - dır. İran bu 4 - lü hərbi xunta tərəfindən idarə edilir. Ehtimal edilən variant növbəti prezident seçkilərində Məhəmməd Bagir Qalibafın seçkiyə buraxılması və qalibiyyətinin elan edilməsi olacaq. Ötən seçkilərdə Xamenei Qalibafla bərabər özünün müşaviri Səid Cəlilini də namizəd göstərdi və nəticədə mühafizəkar cinahda səslər bölündü, islahatçıların vahid namizədi olan Pezeşkian asanlıqla prezident seçilə bildi. Birinci turda səslə bölündüyü üçün ikinci turda Pezeşkian qərarsızların da səsini ala bildi. Müctəba Xameninin ali rəhbər seçilməsi eyni zamanda həm də İran siyasətində illərdir mövcud olan islahatçı qanadın da sıradan çıxmasına gətirib çıxara bilər.

Siyasi analitik Zeynal Əmrəliyev

visiontv.az