Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ölkəsi ABŞ-İsrail-İran münaqişəsi və Hörmüz boğazının qapadılması nəticəsində Çində yaranan enerji resursları çatışmazlığını kompensasiya etmək gücündədir.
Rusiyalı baş diplomat bildirib: "Rusiya, sözsüz ki, həm Çində, həm də bizimlə bərabərhüquqlu və qarşılıqlı faydalı əsaslarla əməkdaşlıqda maraqlı olan digər ölkələrdə yaranmış resurs çatışmazlığını aradan qaldıra bilər".
ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına və sahil bölgələrinə daxil olan gəmilərə qarşı tətbiq etdiyi blokada bu həftə qüvvəyə minib. Bu addım ötən həftəsonu ABŞ və İran nümayəndələri arasında keçirilən sülh danışıqlarının nəticəsiz qalmasından sonra atılıb.
visiontv.az