Kreml Şimali Koreya Cənubi Koreya ilə müharibə edəcəyi təqdirdə Moskvanın Pxenyanın tərəfində vuruşub-vuruşmayacağına aydınlıq gətirib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovdan Koreya yarımadasında müharibə olacağı təqdirdə Rusiyanın Pxenyanın tərəfində vuruşacağına dair sual ünvanlanıb.
Peskov cavabında bildirib ki, Rusiya və KXDR arasında saziş “təhlükəsizlik sektoru da daxil olmaqla, bütün sahələrdə dərin əməkdaşlığı” nəzərdə tutur.
Kremlin sözçüsü əlavə edib ki, sazişdəki ifadələrin aydınlaşdırılmasına ehtiyac yoxdur, onlar kifayət qədər birmənalıdır.
Qeyd edək ki, oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin KXDR ilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dövlət Dumasına təqdim edib. Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.