"Koroğlu" tamaşasında izləyici sayı otuz mini aşıb
12.12.2025

Təxminən bir aydır Təbrizdə səhnələşdirilən "Koroğlu" tamaşası mədəniyyətsevərlərin və Azərbaycan xalqının qəlbini fəth etməyi bacarıb.

Böyük tamaşaçı marağını nəzərə alaraq layihə rəhbərliyi tamaşanın səhnələşdirilməsini 13 dekabra qədər uzadıb.

Bununla da tamaşaya gələn izləyici sayı otuz mini aşmış olacaq.

Xatırladaq ki, Təbriz Şəhər Şurası üzvləri başlanğıcda bu tamaşaya hər vəchlə qarşı çıxmağa çalışmışdılar.

Lakin ekspertlərin fikrincə, böyük tamaşaçı axını göstərdi ki, ortaq kimliyə, mədəniyyətə, tarixə olan sevgi istənilən mümkün qadağanı dəf edə bilər.

visiontv.az