Bu qırıcı təyyarə gələcəkdə ANKA III hücum PUA-sı və “Şimşək” kamikadze dronunu idarə edəcək.
KAAN qırıcısının pilotu supertexnoloji xüsusi dəbilqədən istifadə edərək PUA-ları havada idarə edəcək. Döyüş uçuşunu yerinə yetirən “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini çaşdıracaq.
Pilotsuz aparatlar ilk olaraq hədəfə yaxınlaşacaq, kəşfiyyat aparacaq və təyin olunmuş hədəfləri vuracaq. Düşmənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarına yönəldildiyi halda, KAAN minimum risklə əsas hədəfləri məhv edəcək.
KAAN qırıcısının hava-hava və hava-yer döyüşlərində aktiv şəkildə istifadə edilməsi planlaşdırılır.
visiontv.az
