Türkiyə MN: Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını nəsildən-nəslə ötürəcək, hər zaman Azərbaycanla birlikdə olacağıq
12.12.2025

Türkiyənin Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, paylaşımda Ümummilli liderin “Azadlıq və müstəqillik hər bir millətin milli sərvətidir" sitatı yer alıb.

"Can Azərbaycanın Ümummilli lideri mərhum Heydər Əliyevin vəfatının 22-ci ildönümündə rəhmət və ehtiramla anırıq.

Mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” şüarını bir miras kimi nəsildən-nəslə ötürəcək, hər zaman Azərbaycan türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik", - paylaşımda qeyd olunub.

Image