Körfəz ölkələri və AB İrana çağırış etdi: İşğala son qoy
18.10.2024

Ərəb (İran) Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Brliyi İranı körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymağa çağırıblar.

Bu barədə adı çəkilən qurumları birgə bəyanatında deyilib.

Bəyanatda İranın bu adalara nəzarət etməsi Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünün və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin pozulması adlandırılıb.

Ərəb Körfəzi Əməkdaşlıq Şurası və Avropa Birliyının üzvü olan ölkələr regional gərginliyin azaldılması, İranın nüvə proqramının sülhməramlılığının təmin edilməsi və Tehranın ballistik raketlərin, pilotsuz təyyarələrin və silahların genişləndirilməsi istiqamətində hərəkətlərinin dayandırılması məqsədilə Tehran ilə diplomatik qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıblar. 

Bəyanatın yayılmasından sonra İranın xarici işlər naziri Abbas Əraqçı məsələyə münasibət bildirib, həmin bəyanatın əsassız adlandırıb.

"Körfəz Ölkələrinin Əməkdaşlıq Şurası ilə Avropa Birliyinin 3 ada barədəki iddiaları əsassızdır, bu adalar İranın olub və hər zaman da belə olacaq",- Əraqçı deyib.

Xarici işlər naziri Avropa Birliyinin bu bəyanata qol çəkməsini tənqid edib, AB-i qarşılıqlı anlaşmağa meyilli olmamaqda, bölgə ölkələri arasında dağınıqlıq yaratmaqda günahlandırıb.

Qeyd edək ki, bundan əvvəl İranın müttəfiqləri, Rusiya və Çin də adı çəkilən körfəz adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildiriblər.

visiontv.az