Aİ Gürcüstanı 121 milyon avro yardımdan məhrum edib
18.10.2024

Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı itirib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

O, bildirib ki, əgər gürcülər səsvermə yolu ilə Aİ-yə qoşulmağa davam etməmək qərarına gəlsələr, Gürcüstan bütün maliyyə yardımlarından məhrum olacaq.

Herçinski qeyd edib ki, Gürcüstan hökumətinə maliyyə yardımının dayandırılması barədə qərar bir müddət əvvəl verilib və bununla bağlı məlumatlar ötən həftə dərc olunub.