İranda bəhailərə qarşı təzyiqlər artır
18.10.2024

Bəhai icması həm daxildə həmdə xaricdə bir başa İsrailin kəşfiyyat xidməti Mossad tərəfindən idarə olunur və buna görə də, təriqətin İsrailin Əka şəhərindəki məbədi hədəfə alınmalıdır.

Bu iddia ilə İranın SEPAH-a yaxın "Məşreq" xəbər saytı çıxış edib.

Media orqanı İranın zərbə endirəcəyi hədəflər arasında bəhailərin məbəd və mərkəzlərinə də zərbə endirməsini təklif edib, bunun qanuni olduğunu yazıb.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

SEPAH-a yaxın media saytının bu təklifi bəhailərə qarşı yeni təzyiq dalğasının başlayacağına hazırlıq aparıldığı barədə ehtimalları gücləndirir.

visiontv.az