Şimali Koreya hərbiçiləri Ukraynaya qarşı müharibədə iştirak edə bilər?
Şimali Koreya hərbiçiləri Ukraynaya qarşı müharibədə iştirak edə bilər?
18.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini təqdim edib.Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi tərəflərdən birinə hücum zamanı birinin digərinə hərbi və digər yardımlarını nəzərdə tutur.

Bundan sonra, Şimali Koreya hərbiçiləri Ukraynaya qarşı müharibədə iştirak edəcək. Qərbi Ukraynaya muzdlu qoşun göndərməkdə izdiham edən Kreml Şimali Koreya ordusunu müharibəyə cəlb edir. Bundan sonra, Ukraynaya qarşı Rusiya Şimali Koreya birgə hərbi əməliyyatlar aparacaq. Bununla da Qərbə qarşı rəsmən Rusiya -Şimalı Koreya müttəfiqliyin əsası qoyuldu. Kurskda Ukrayna qoşunlarına qarşı Şimali Koreya ordusu cəlb ediləcək. ABŞ və digər Avropa ölkələridə Ukrayna ilə müqavilə bağlayıb, bu ölkəyə öz qoşunu göndərə bilər. birinci addımı Rusiya atması, Qərbə bu kimi imkanı tanıdı.

Rusiya Ukrayna müharibəsi digər ölkələrin müharibəyə qoşulmasına və daha da genişləndirilməsinə gətirib çıxarir. Rusiyanın Şimali Koreyanı müharibəyə cəlb etməsi, Koreya yarımadasında yeni müharibəyə gətirib çıxara bilər.

Yeni dünya nizamı Ukrayna cəbhəsindən aslıdır. Qərblə Rusiya -Simali Koreya arasında müharibə yeni mərhələyə keçir.

Məhəmməd Əsədullazadə

visiontv.az