İsrail ordusu təsdiqləyib ki, onun döyüş təyyarələri gecə ərzində İranda onlarla hərbi obyektə, o cümlədən “fəal olmayan” Arak nüvə obyektinə zərbələr endirib.
İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı Tehrandan təxminən 250 kilometr cənub-qərbdə yerləşən obyektin nüvə silahının hazırlanmasında istifadə olunan plutonium istehsalı üçün nəzərdə tutulduğunu iddia edib.
“Zərbə zamanı nüvə silahının hazırlanması üçün plutonium istehsal edən komponent hədəf alınıb”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Sahədə ağır su istehsal edən zavod illərdir işləsə də, nüvə silahının yayılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin təzyiqi səbəbindən reaktor heç vaxt tam olaraq fəaliyyət göstərməmişdi.
visiontv.az
Rusiya Mərkəzi Bankı: Avropa İttifaqının onun aktivlərindən istifadə planları qanunsuzdur