“Diktator rejimi ölkəni parçalayır”
15.12.2025

İranlı etirazçı gənc biri televiziya proqramda çıxışı zamanı İslam Respublikasının idarəçilik modelini sərt tənqid edib. O, ölkədəki əsas problemlərdən birinin “diktator rejimi” olduğunu bildirərək, bu sistemin cəmiyyətdə ciddi fikir ayrılıqları yaratdığını vurğulayıb.

Gəncin sözlərinə görə, hakimiyyətin mətbuat və informasiya üzərində tam nəzarət qurması cəmiyyətdə radikallaşmanı artırır: “Əgər bir hakimiyyət xalqın azad yerli mediasını – qəzetləri, radio və televiziyanı məhv edirsə, insanların daha radikal davranması qaçılmazdır”.

O, habelə, qeyd edib ki, bu gün xaricdə — o cümlədən “Iran International” telekanalında — çalışan iranlı jurnalistlərin əksəriyyəti hələ 10 il əvvəl İranda yaşayırdı.

“Niyə insanları özümüzdən uzaqlaşdırırıq? Bu vəziyyətin yeganə səbəbkarı İslam Respublikasıdır. Biz nə üçün düşmənə ölkəmizə gəlib xalqımıza qucaq açmaq imkanı veririk?”, – deyə, o, etirazını dilə gətirib.

visiontv.az