İsrail Qəzanın şimalında məhv edilən mərkəzi yeraltı tunellərdən birinin görüntülərini nümayiş etdirib
19.04.2026

İsrail Qəzanın şimalında İsrail Ordusu (SAXAL) tərəfindən məhv edilən mərkəzi yeraltı tunel marşrutlarından birinin görüntülərini nümayiş etdirib.

İsrail hərbçiləri tunellərdə HƏMAS döyüşçülərinin yaşadığı otaqları, həmçinin bombaların hazırlanmasında istifadə edilən minaları və digər partlayıcı maddələri aşkar ediblər. Bu tunel şəbəkəsinin sıradan çıxarılması bölgədəki hərbi infrastrukturun məhv edilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.

visiontv.az