İsrail ordusu ötən gecə Livanda “Hizbullah”a məxsus 80-dən çox hədəfə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Nəticədə onlarla “Hizbullah” üzvünün öldürüldüyü bildirilib.
Məlumata görə, atəşkəsin pozulmasına cavab olaraq, Bəqa vadisində “Hizbullah”a məxsus iki komanda mərkəzi hədəfə alınıb.
Cənubi Livanda, o cümlədən Nəbatiyə bölgəsində “Hizbullah” infrastrukturu məhv edilib.
Məlumatda vurğulanıb ki, İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın yeraltı infrastrukturunu sıradan çıxarmağa davam edəcək.
visiontv.az