ABŞ-İran və İsrail müharibəsi ilə əlaqədar İranın müxtəlif əyalətlərində həbs edilənlərin sayı 500 nəfərə çatıb.
Bu barədə İran polis qüvvələrinin komandanı Əhmədrza Radan deyib.
Onun sözlərinə görə, saxlanılanlardan 250-nin işi daha ağırdır:
"Onlar xaricdəki bəzi qruplar və media orqanları ilə əlaqə saxlayıb, məlumat verməklə və bəzi hədəfləri dəqiqləşdirməklə hücumlar üçün zəmin hazırlayıb, həmçinin ictimai asayişi pozmağa çalışırbılar".
Qalanlarının isə hava zərbələrinin endirildiyi yerlərdən foto və videolar çəkdiklərinə görə saxlanıldıqları bildirilib.
visiontv.az