İranda “müharibə şousu” davam edir: qadın və uşaqlara silah təlimi keçirilir - VİDEO
25.05.2026

İranda müharibə fonunda hakimiyyətin siyasi təbliğat xarakterli addımları davam edir.

Hərbi texnika və zirehli maşınlarda keçirilən kütləvi nikah mərasimləri, gəlinlərə “cehiz” kimi “Shahed” pilotsuz uçuş aparatlarının verilməsi ilə bağlı yayılan xəbərlərdən sonra bu dəfə Tehranda yenidən qadın və uşaqlara silahla davranışın öyrədildiyi görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan videolarda Tehran küçələrində qadınların və azyaşlıların silahla davranış qaydalarını öyrəndiyi görünür. Bu görüntülər dövlət televiziyasında hərbi təlim proqramlarının yayımlandığı dövrə təsadüf edir.

Məlumata görə, Tehranda ən azı 50 məsciddə qadın və kişilər üçün hərbi təlimlərin keçirilməsi də planlaşdırılır. İran mediasında daha əvvəl də oxşar silah təlimlərinə dair müxtəlif görüntülər paylaşılmışdı.

visiontv.az