İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
08.06.2026

Tehran milli maraq və təhlükəsizliyinin tələb etdiyi həddə qədər addım atacaq.

Bu barədə İran  Xarici  İşlər  Nazirliyinin sözçüsü İsmayıl Bəqai regionda müharibənin son vəziyyəti ilə bağlı danışarkən bildirib.

Bəqai deyib ki, İran  İsrail və  ABŞ-a mövcud vəziyyətdən sui-istifadə edərək təcavüzü davam etdirməyə imkan verə bilməz və onların sadəcə bir bəyanatla atəşkəsə sadiq olduqlarını demələri kifayət deyil.

O, həmçinin, regiondakı hadisələrdə  ABŞ və  İsrailin siyasətlərinin koordinasiyasına diqqət çəkərək bildirib ki, son hadisələr  Vaşinqtona qarşı şübhələri daha da artırıb.

Bəqai əlavə edib ki, ABŞ  son atəşkəs pozuntularına görə birbaşa məsuliyyət daşıyır və İsrail  Vaşinqtonla məsləhətləşmədən müstəqil addım atmır.

visiontv.az