Həmədan şəhərində təqaüdə çıxmış müəllimlər və təhsil işçiləri etiraz aksiyası keçiriblər.
Bu barədə İran Təhsil İşçiləri Kordinasiya Şurası məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı təqaüdçülər oktyabrın 29-da Həmədan əyalətinin Təqüd Fondu qarşısna toplaşblar.
Onlar təqaüd haqlarının az olması, vaxtında ödənilməməsinə etiraz ediblər.
Bununla yanaşı onlar Tehran və başqa əyalətlərdəki təqaüdçülərin hüquqlarının qeyri-bərabər olmasına da narazılıqlarını bildiriblər.
visiontv.az