Bu il 537 dövlət əmlakı özəlləşdirilib
30.10.2024

Bu ilin yanvar yanvar oktyabr ayları ərzində Hərracların Təşkili mərkəzi tərəfindən 122 hərrac təşkil edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin şöbə müdirinin müavini Tahirə Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

O, bildirib ki, bu hərraclarda 537 dövlət əmlakı özəlləşdirilib.

"Onlardan altısı səhmdar cəmiyyətlərinin səhm paketi, 6-sı kiçik müəsisə və dövlət obyektləri, 525-i isə nəqliyyat vasitəsidir.

Keçirilən hərraclara sifariş çox olub. Bunlardan 391-i elektron sifariş olub. Onlayn qoşulma sayı isə 48 olub", - deyə Tahirə Tağıyeva qeyd edib.

Visiontv.az