Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir
Videonu Aç
25.10.2024

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

Visiontv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.